Fələstinin HƏMAS qruplaşması hərbi komandiri Məhəmməd Deyfin öldüyünü təsdiqlədi.
Sitat.info xəbər verir ki, məlumatı, “Əl-Cəzirə” yayıb.
Qeyd edək ki, Məhəmməd Deyf 2023-cü ilin oktyabrında İsrailə hücumun ideya müəllifi və rəhbəri olub. İsrail Deyfin 2024-cü ilin iyul ayında hava hücumu nəticəsində öldürüldüyünü bildirib.
Deyfin ölümünü təsdiqlədikdən sonra HƏMAS-ın Qəssam Briqadalarının sözçüsü Əbu Obaida hərbi komandir müavini Mərvan İsanın və daha bir neçə komandirin də öldüyünü açıqlayıb. İsrail tərəfi İsanın mart ayında öldürüldüyünü açıqlayıb./musavat.com