AZ

Azərbaycan səfiri Tailand Minatəmizləmə Mərkəzinin başçısı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanın Tailanddakı səfiri Elçin Bəşirov Cənub-Şərqi Asiya ölkəsinin Minatəmizləmə Mərkəzinin baş direktoru ilə mina təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti bildirib.

“29 yanvar 2025-ci il tarixində səfir Elçin Bəşirov Tailand Minatəmizləmə Mərkəzinin baş direktoru general Saksit Sanqçanintra ilə görüşüb”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
22
4
report.az

10Mənbələr