AZ

Avropa Liqası: “Qarabağ” Liqa mərhələsinin son turunda da məğlub olub

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” komandasına məğlub olub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.

Seçilən
0
32
missiya.az

10Mənbələr