AZ

“Olimpiakos”un baş məşqçisi: “Lazım olan qolları vurduq”

“Biz həmişə çalışmışıq ki, “Olimpiakos”u daha güclü komandaya çevirək. Elə oyunçular transfer edirik ki, nələrisə dəyişək, nələrisə yaxşılaşdıraq”.

İdman.biz xəbər verir ki, bunu “Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar deyib.

O, Avropa Liqasının “Qarabağ”la oyunundan sonra fikirlərini açıqlayıb: “Biz indi Yunanıstan çempionatında liderik. Avropa Liqasının Liqa mərhələsində çox güclü rəqiblərlə mübarizədə 7-ci olduq. Çox yaxşı heyətimiz var. Biz qarşıdakı matçlara köklənməliyik. Gəlin tələsməyək, oyun-oyun irəliləyək. Finala qədər keçməli olduğumuz mərhələlər var. Amma mən Bilbaoya qədər irəliləməyimizi istəyirəm. Görək hara qədər irəliləyə bilirik. Etiraf edək ki, turnirə heç də yaxşı başlamadıq. “Lion”a 0:2 hesabı ilə uduzduğumuz gün heç də yaxşı deyildik. Hətta bəxtimiz gətirdi ki, daha çox top buraxmadıq. Bundan sonra toparlanaraq birləşə bildik. Lazım olan qolları vurduq və mərhələdə 7-ci yeri tutduq”.

Qeyd edək ki, “Olimpiakos” “Qarabağ”a 3:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
0
13
idman.biz

10Mənbələr