Avropa Liqasının 2024/25 mövsümünün əsas mərhələsinin bombardirinin adı məlum olub.
Publika.az xəbər verir ki, bu, "Olimpiakos"un hücumçusu Ayub El-Kaabidir. 31 yaşlı mərakeşli forvard "Qarabağ"la son matçda dubl etməklə turnirdə vurduğu qolların sayını 7-yə çatıdıb.
İkinci yeri "Ferentsvaros"dan Barnabas Varqa (6 qol) tutub. Hərəyə 5 dəfə fərqlənən Rasmus Hoylund (“Mançester Yunayted”), Samu Omorodion (“Porto”), Yunus Akgün (“Qalatasaray”) və Viktor Osimhen (“Qalatasaray”) üçüncü yeri bölüşdürüb.
Qeyd edək ki, ötən mövsüm El-Kaabi 9 oyunda 11 qol vuraraq Konfrans Liqasının bombardiri olub.