AZ

Tramp: Təyyarə qəzasında sağ qalan yoxdur

“Potomak çayı üzərində hərbi helikopterlə sərnişin təyyarəsinin havada toqquşması nəticəsində baş vermiş qəzada sağ qalan yoxdur”. 

 

Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi brifinqdə deyib. 

 

O, çıxışında öncə həlak olanları bir dəqiqəlik sükutla yad edib: “Biz yas tutur, dua edirik və bütün vətəndaşlardan xahiş edirəm ki, bir dəqiqəlik sükutla mənə qoşulsunlar.., həlak olanların yaxınlarına başsağlığı veririk. Bu fəlakətin necə baş verdiyini öyrənəcəyik və bir daha belə bir şeyin təkrarlanmamasını təmin edəcəyik”.

 

Onun sözlərinə görə, qəza ilə bağlı təhlükəsizlik qüvvələrinin xüsusi araşdırma prosesi başlayıb: “Biz sizin hamınızın hiss etdiyi əzabları təsəvvür edirik.  Ürəyimiz sizinlə birlikdə parçalandı. Bu, ölkəmizin paytaxtında və xalqımızın tarixində qaranlıq və dözülməz bir gecə, dəhşətli bir faciə idi”.

 

Xatırladaq ki, bu gün Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. Bundan əvvəl yayılan məlumatda çaydan 19 nəfərin cəsədinin aşkar olunduğu bildirilirdi.

Seçilən
1
6
senzor.az

10Mənbələr