AZ

132-134 nömrəli təhsil kompleksi yüksək məbləğdə cərimələnir

Bakıda 132-134 nömrəli təhsil kompleksinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Baxış iclası bu gün - yanvarın 31-də keçiriləcək.

 

Qeyd: Təhsil kompleksinin direktoru Aygün Mikayılovadır.

 

Xəyal Quliyev

Tarix: 31 Yanvar 2025, 08:18   
Seçilən
0
1
pravda.az

10Mənbələr