AZ

"Mənim işim insanlara qarşı yumşaq davranmaq deyil" - Liderlərdən 20 sitat - SƏHƏR OXUSU

Lider olmaq asan iş deyil – bu, çox zəhmət, cəsarət və risk tələb edir. Həll yollarını tapmaq, problemləri həll etmək və vəziyyəti yaxşılaşdırmaq effektiv liderliyin əsas tərkib hissələridir. İnsanların sizi nümunə olaraq görməsi üçün elə işlər görməlisiniz ki, bu, əməkdaşlarınızı, cəmiyyəti və hətta dünyanı daha yaxşı hala gətirsin.

Stiv Cobs təkcə “Apple” imperiyasını qurmadı, həm də yaratdığı məhsullar dünyanı daha yaxşı hala gətirdi. Bunu Mark Zukerberq və “Facebook” üçün də demək olar. O, əvvəlcə Harvard tələbələri üçün sadə bir sosial platforma yaratmağa başladı, lakin nəticədə şirkəti dünyanın 2 milyard insanını birləşdirən bir şəbəkəyə çevirdi.

Valyuta.az liderliklə bağlı məsləhət almaq üçün dünyamızı formalaşdıran insanlara müraciət edib.

Riçard Branson:

"Ünsiyyət hər hansı bir liderin sahib ola biləcəyi ən vacib bacarıqdır".

Lerri Peyc:

"Mənim lider kimi işim hər kəsin böyük imkanlara sahib olmasını və öz işlərinin mənalı təsirə malik olduğunu hiss etməsini təmin etməkdir".

Stiv Cobs:

"Mənim işim insanlara qarşı yumşaq davranmaq deyil. Mənim işim onları daha yaxşı etməkdir".

Barak Obama:

"Tək bir səs bir otağı dəyişə bilər".

Albert Eynşteyn:

"Lider, qarışıqlıq içindən sadəliyi, uyğunsuzluq içindən harmoniyanı, çətinlik içindən fürsəti çıxaran şəxsdir".

Şeril Sandberq:

"Öyrənmək bacarığı bir liderin sahib ola biləcəyi ən vacib keyfiyyətdir".

Koko Şanel:

"Ən cəsarətli hərəkət hələ də özün üçün düşünməkdir. Səslə".

Marta Stüart:

"Mənim üçün peçenye bişirmək Kraliça Viktoriya üçün imperiya idarə etməklə eynidir. İşə nə qədər ciddi yanaşdığınızın fərqi yoxdur".

Ceff Bezos:

"Şirkət mədəniyyətinin bir hissəsi keçilmiş yoldan asılıdır - bu, yol boyu öyrəndiyiniz dərslərdir".

Mark Zukerberq:

"Əgər böyük bir şey qurmaq istəyirsinizsə, dünyada hansı dəyişikliyi etmək istədiyinizə fokuslanmalısınız".

Alfred Hiçkok:

"Əgər mən özüm olmayacağamsa, kim olacaq?".

Tomas Cefferson:

"Nə edirsənsə et, elə et ki, bütün dünya izləyirmiş kimi davransın".

Stiv Keyz:

"Burada yol nişanları yoxdur. Əslində, hansı tərəfdə dayanmalı olduğumuzu da hələ heç kim müəyyən etməyib".

Mark Küban:

"Bu, pul və ya əlaqələr haqqında deyil – hər kəsi geridə qoymaq və hamıdan çox öyrənmək istəyidir".

Coan Rivers:

"Mənim heç bir metodum yoxdur. Sadəcə insanları olduqları kimi qəbul edirəm".

Uorren Baffet:

"Bu gün kölgədə oturan birisi, çoxdan kimsə ağac əkdiyi üçün oradadır".

Stiven Spilberq:

"Sənin işin əbədi qalacaq bir dünya yaratmaqdır".

Barbara Korkoran:

"Liderlər iki tipə ayrılır: genişləndiricilər və məhdudlaşdırıcılar. Ən yaxşı rəhbərlik komandaları hər iki tipdən ibarət olmalıdır".

Daniel Lubetski:

"Güclü lider, mühakimə qabiliyyətini zəiflədəcək dərəcədə özünə həddindən artıq güvənməkdən çəkinməlidir".

Dalay Lama:

"İnsanlar xoşbəxtlik və rifaha çatmaq üçün müxtəlif yollar seçirlər. Onların sənin yolunda olmaması, yollarını itirdikləri anlamına gəlmir".

Maya Hüseynova

Seçilən
8
21
valyuta.az

10Mənbələr