AZ

Qiyməti özü tənzimləyən bazar və artan qiymətlər – Azərbaycanda rəqabət mühiti niyə yoxdur?

Son vaxtlar bəzi ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Bahalaşmanı müxtəlif cür izah edənlərin əksəriyyəti bunu bazarın sərbəstliyi ilə əlaqələndirir. Əksəriyyət isə hesab edir ki, bahalaşmaya səbəb rəqabətin olmamasıdır. Deməli, hər iki hal qiymət artımına səbəb olur və bazarlarda məhsul bəzən maya dəyərindən qat-qat baha satılır.

KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, bazar iqtisadiyyatı modelində qiymətlər liberallaşır:

“Bu nə deməkdir? Yəni, satıcı məhsuluna istədiyi qiyməti qoya bilər. Məsələn, bazarda yumurtanın qiyməti 30 qəpiyə olsa da,  başqası 5 manata təklif edə bilər və burada hər hansı qəbahət yoxdur. Bu, bazarın qanunudur. Amma bir məsələni yaddan çıxartmayaq ki, bazar iqtisadiyyatında liberal və azad qiymətlərlə yanaşı  həm də rəqabət mühiti olmalıdır. Yalnız bundan sonra satıcı rəqibinin olduğunu düşünüb yumurtanı 5 manata yox 30 qəpiyə satacaq. Təəssüf ki, rəqabət mühiti bizdə yoxdur. Ölkədə inhisarçılıq olduğuna görə iqtisadiyyatımız tam şəkildə inhisarlaşıb. Inhisarın bir qismi dövlətə məxsusdur. Bu gün dövlətin göstərdiyi xidmətlər sahəsi var. Bura işıq, su, qaz və digər xidmət növlərini dövlət göstərir. Digər sahələrdə isə bəzi şirkətlər inhsarçıdır. Ona görə də Azərbaycanda bazar iqtisadiyyatının şərtləri pozulur. Bu gün yanacağın, elektrik enerjisinin, qazın, suyun  qiymətini dövlət müəyyən edirsə, başqa məhsulların qiymətini də digər inhisarçılar müəyyənləşdirir. Burada qiymət üzərində bazar iqtisadiyyatı modelinin təsir imkanları yoxdur”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
1
50
konkret.az

10Mənbələr