"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” komandasına məğlub olub.
Bizim.Media xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub.
Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv keçirdiyi 8 görüşün 7-də uduzub, 1-də qələbə qazanıb. Bununla da "köhlən atlar" Liqa mərhələsini 3 xalla sonuncu sırada başa vurub. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta