UEFA Avropa Liqasının Liqa mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, Türkiyə klubları “Qalatasaray” və “Fənərbaxça” pley-off matçlarına çıxacaqlar.
Onların potensial rəqibləri də bəlli olub.
"Fənərbaxça" "Bodyo-Qlimt"- "Anderlext" cütünün qalibi ilə üz-üzə gələcək. Joze Mourinyonun komandası qalib gələrsə, 1/8 finalda "Olimpiakos" və ya "Reyncers"lə qarşılaşacaq.
"Qalatasaray" isə "Midtyulland”-“AZ Alkmaar” cütünün qalibi ilə oynayacaq. Türkiyə çempionu bu mərhələni adlasa, "Mançester Yunayted" və ya "Tottenhem"in rəqibi olacaq.
Qeyd edək ki, püşkatmaya bu gün 13:00-da start veriləcək.
Bizim.Media