AZ

Avropa Liqasında pley-offun püşkü atılır: Türkiyə klublarının rəqibi kim olacaq?

Bu gün Avropa Liqasının 2024/25 mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, tədbirin Bakı vaxtı ilə saat 16:00-da başlaması nəzərdə tutulub.

Avropa Liqasının pley-off mərhələsində 9-24-cü yerləri tutan 16 komanda iştirak edəcək. Bunlar "Budo/Qlimt", "Anderlext", FCSB, "Ayaks", "Real Sosyedad", "Qalatasaray", "Roma", "Viktoriya Plzen", "Ferensvaroş", "Porto", "AZ Alkmaar", "Midtyulland", "Yunion", PAOK, "Tvente" və "Fənərbağça"dır.

Avropa Liqasının bu mərhələsinin oyunları fevralın 13 və 20-də baş tutacaq.

Ümumi raundda 1-8-ci yerləri tutan komandalar birbaşa Avropa Liqasının 1/8 finalına yüksəliblər. Söhbət "Latsio", "Atletik", "Mançester Yunayted", "Tottenhem", "Ayntraxt", "Lyon", "Olimpiakos" və "Reyncers"dən gedir.

1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də baş tutacaq. Bu mərhələdəki oyunlar isə martın 6 və 13-nə təyin edilib.

Seçilən
4
30
publika.az

10Mənbələr