Xilasedicilər Vaşinqtonda təyyarə qəzasının qurbanı olan 40 nəfərin cəsədini tapıblar...
Təcili yardım xidmətləri Vaşinqtonda sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində həlak olan 40 nəfərin cəsədini tapıb.
Poliqon xəbər verir ki, bu barədə cümə axşamı CBS telekanalı təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələr qeyd ediblər ki, bəzi cəsədlər sahilə çıxıb, digərləri isə suyun altından tapılıb. Mütəxəssislər hesab edirlər ki, hazırda qurbanların bütün qalıqları tapılıb və onları təyyarənin gövdə fraqmentlərindən təhlükəsiz şəkildə çıxarmaq müümükün olub.
Telekanalın mənbəsinin sözlərinə görə, yerdə qalan cəsədlər təyyarənin dalğıclar üçün əlçatmaz qalan quyruq hissəsində ola bilər.
Poliqon.info