AZ

“Hakimiyyətin AŞPA barədə qərarı ilə də fəxr edirik”

“Əgər Avropa Gürcüstanla şantaj və təzyiq dili ilə danışırsa, yollar sağlam şəkildə ayrılmalıdır. Bu, qısa və aydın bir qərardır – Sağollaşmaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a açıqlamasında siyasi analitik, professor Levan Nikoleişvili Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, dövlətin suverenliyi və azadlığına qarşı hər hansı bir təhdid olduqda bu cür qərar vermək ən düzgün addımdır: "Hər bir dövlətin suverenliyinə və azadlığına təhdid varsa, o dövlət necə davranırsa, bizim dövlətimiz də eyni şəkildə reaksiya verdi".

Professor Gürcüstanın gələcəkdə sözügedən qurumla necə əlaqə quracağına da diqqət çəkib.

“Suveren və tərəfdaş saydıqları dövlətlə necə danışmalı olduqlarını öyrənəndə biz də onlarla danışmağa hazır olacağıq. Təəssüflər olsun ki, bu, ilk dəfə deyil onlar bizimlə şantaj və təzyiq dilində danışırlar", - deyə Nikoleişvili qeyd edib.

O, həmçinin Gürcüstanın tarixində suverenlik və azadlıq dəyərlərini qorumağın vacibliyini vurğulayıb: “Biz ləyaqətli bir xalq və suveren dövlət olaraq öz azadlığımızı qoruyuruq. Bu dəyərləri və azadlığı bizə dədə-babalarımız qanları ilə miras qoyublar. Mövcud iqtidar da öz prinsipiallığı ilə xalqına şərəflə, xəyanətsiz xidmət edir. Ona görə biz hakimiyyətin AŞPA ilə bağlı bu qərarı ilə də fəxr edirik".

Qeyd edək ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 29-da qurumda fəaliyyətini dayandırdığını elan edib. Nümayəndə heyəti bu addımı AŞPA-nın Tbilisini yeni parlament seçkilərinin keçirilməsinə və bir sıra digər şərtlər irəli sürən qətnamə qəbul etməsindən sonra atıb.

Seçilən
2
49
qafqazinfo.az

10Mənbələr