AZ

Gülşən Paşayeva: Fransa Avropa İttifaqında ən böyük erməni diasporuna malikdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan 1991-ci ildə, Sovet İttifaqı süquta uğradıqdan sonra müstəqillik əldə etdi, lakin Ermənistan ölkəmizin daxili işlərinə qarışmaqda davam edirdi. 1994-cü ildən sonra biz danışıqlar prosesinin uzadılmasının şahidi olduq. Təəssüflər olsun ki, Fransanın həmsədr olduğu keçmiş Minsk qrupunun vasitəçiliyi ilə 26 il davam edən sülh təşəbbüsü nəticə vermədi".
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Gülşən Paşayeva deyib.
O bildirib ki, bu, əbəs deyil, çünki Fransa Avropa İttifaqında ən böyük, dünyada isə üçüncü erməni diasporuna malikdir:
"Bu ölkədə 600 mindən çox erməni yaşayır və onların məqsədləri ermənilərin ümumi maraqlarına xidmət etməkdir".
Mərahim Nəsib
Seçilən
4
50
oxu.az

10Mənbələr