AZ

Robert Katler: "Fransa və Ermənistan arasındakı hərbi əməkdaşlıq daha da genişlənəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fransa və Ermənistan arasındakı hərbi əməkdaşlıq 2027-ci ilə qədər daha da genişlənəcək".
Oxu.Az xəbər verir ki, bunu "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusuna həsr olunan beynəlxalq konfransda Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Elmləri İnstitutunun tədqiqatçısı Robert Katler deyib.
Onun sözlərinə görə, bu amil Ermənistanı Fransadan daha da asılı vəziyyətə salacaq ki, bu da Azərbaycanın əleyhinə xidmət edəcəyi üçün Bakının maraqlarına cavab vermir:
"Fransa Ermənistana silahlar, hərbi texnika, hava hücumundan müdafiə sistemləri və gecəgörmə cihazları göndərir. Fransanın göndərdiyi silahlar uzaq məsafəyə atəş açmaq qabiliyyətinə malikdir. Belə olan halda, Azərbaycan da İsrail və Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirə bilər. Çünki Fransa artıq tərəfsiz vasitəçi deyil, Ermənistana hərbi dəstək göstərən ölkədir".
Mərahim Nəsib
Seçilən
0
50
oxu.az

10Mənbələr