AZ

Lavrov 3-də MDB ölkələrinin səfirləri ilə görüşəcək

Fevralın 3-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Rusiya Federasiyasında akkreditə olunmuş səfirləri ilə ənənəvi işçi səhər yeməyi təşkil edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova brifinqdə bildirib.

Zaxarova qeyd edib ki, görüş zamanı nazirin 2024-cü ildə Birlik çərçivəsində çoxşaxəli əməkdaşlığın nəticələrinə yekun vuracağı gözlənilir.

“Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri öz həmkarlarını Rusiyanın beynəlxalq və regional gündəliyin əsas məsələlərinə, o cümlədən, təbii ki, Ukrayna ətrafında vəziyyətə yanaşmaları barədə məlumatlandırır”, - XİN-in rəsmi nümayəndəsi əlavə edib.

Seçilən
1
50
ucnoqta.az

10Mənbələr