ABŞ Konqresinin əməkdaşlarına Çinin son vaxtlar populyarlıq qazanan "DeepSeek şirkətinin çatbotundan istifadə etmək qadağan edilib...
Poliqon xəbər verir ki, bu barədə Amerikanın Axios portalı məlumat yayıb.
Nümayəndələr Palatası tərəfindən rəsmi istifadəyə qadağa qoyulub. Axios sənədin bir nüsxəsini əldə edərək yayımlayıb.
Bildirişdə xəbərdarlıq edilir ki, təcavüzkarlar artıq zərərli proqramları çatdırmaq və cihazları yoluxdurmaq üçün "DeepSeek"dən istifadə edirlər. Riskləri azaltmaq üçün Nümayəndələr Palatası müvafiq təhlükəsizlik tədbirləri görüb.
Konqresmenlərə "DeepSeek"i istənilən iş telefonu, kompüter və ya planşetdə quraşdırmaq qadağan edilib.
Axios xatırladıb ki, 2023-cü ildə ABŞ Konqresi "ChatGPT"dən istifadəyə məhdudiyyətlər qoyub. Çatbotun pullu versiyasından istifadə etməyə icazə verilib, ancaq müəyyən tapşırıqlar üçün.
Poliqon.info