AZ

ABŞ dövlət katibi: Tramp Ukraynada sülh danışıqları aparmaq istəyir

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin diplomatik danışıqlar yolu ilə həllinə nail olmaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio amerikalı jurnalist Meqan Kelliyə müsahibəsində deyib.

“Bu (münaqişə – redaktorun qeydi) danışıqlar yolu ilə həll edilməlidir”, – dövlət katibi vurğulayıb.

Rubionun sözlərinə görə, Tramp hesab edir ki, Ukraynada münaqişə uzanıb və buna görə də hərbi əməliyyatlara dərhal son qoyulması lazımdır.

ABŞ Dövlət Departamentinin rəhbəri əlavə edib ki, Vaşinqton “sıx diplomatik iş” qarşısındadır. Eyni zamanda, o, münaqişənin həlli zamanı tərəflərin “nədənsə imtina etməli” olacağını istisna etməyib.

Seçilən
2
50
nocomment.az

10Mənbələr