AZ

Azərbaycanın İsraillə ticarət dövriyyəsi kəskin azaldı

Azərbaycanın İsrail ilə ticarət dövriyyəsi azalıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 765 milyon 221,99 min dollar (ümumi dövriyyəyə nisbəti 2,82 faiz) olub.

Bu, 2023-cü illə müqayisədə 678,3 milyon dollar və ya 47 faiz azdır.

Azərbaycanın bu ölkəyə ixracı da azalıb. Belə ki, ötən il Azərbaycandan bu ölkəyə 773 milyon 528,17 min dollarlıq məhsul ixrac edilib ki, bu da, 2023-cü illə müqayisədə 668 milyon dollar azdır.

Azərbaycanın bu ölkədən idxalı 10,2 milyon dollar azalaraq 31 milyon 693 min dollar olub.


Müəllif: Bəkir Nərimanoğlu
Seçilən
1
50
teleqraf.com

10Mənbələr