AZ

Sürətlə Yerə doğru gəlir: NASA təsdiqlədi

Keçən ilin dekabrında kəşf edilən 2024 YR4 asteroidi Yerə çox böyük sürətlə yaxınlaşır. 

“Cebheinfo.az” “RİA Novosti”-yə istinadən yazır ki, bu barədə astronom Stas Korotkiy xəbərdarlıq edib.

Mütəxəssis qeyd edib ki, səma cisminin diametri təxminən 90 metrə çatır. 

Asteroid yeddi ildən sonra Yerlə toqquşa bilər. Bunun ehtimalı 0,5% - 6% arasındadır. Onun sözlərinə görə, bu rəqəm kifayət qədər yüksək hesab olunur.

NASA təsdiq edib ki, 2024 YR4 indiyə qədər Yerlə toqquşma ehtimalı 1%-dən çox olan yeganə asteroiddir. Mütəxəssislər bu hadisəsnin 2032-ci il dekabrın 22-də baş verə biləcəyini düşünürlər.

Seçilən
1
5
cebheinfo.az

10Mənbələr