AZ

“Amerika kimi qüdrətli bir dövlətin katibi belə danışmamalıdır” Politoloq

Sizin bu açıqlamanın bir adı var – ingiliscə appeasing, yəni təslimçilik ruhunda bir açıqlamadır. Mən, bir ekspert kimi, ABŞ-ın Dövlət Katibinin belə bir bəyanat verməsindən heç də məmnun qalmadım. Əslində, Amerika kimi qüdrətli bir dövlətin rəhbəri, daha doğrusu, Dövlət Katibi belə danışmamalıdır – xüsusilə də sosial işğalçının hələ də həmin ərazini işğal altında saxladığı bir vaxtda.

Politoloq Qədir Aslan bunu News365.az-a açıqlamasında deyib.

“Ukraynalılar nəzərə alınmalıdır – onlar hazırda canı və qanı bahasına cəbhədə vuruşurlar. Və bu zaman eşidirlər ki, ABŞ-ın Dövlət Katibi belə bir açıqlama verib. Görün, bu informasiya psixoloji baxımdan Ukrayna ictimaiyyətinə və ordusuna necə təsir edir.

Bu, birinci məsələdir. İkincisi, bizi 100 il geriyə atırlar. Halbuki bu fakt Ukraynanın üzərinə getmək üçün yox, Rusiyanın üzərinə getmək üçün istifadə olunmalıdır. Ola bilər ki, əvvəlki administrasiyaların dövründə və ya XIV əsrdən başlayan proseslərdə belə uyğunsuz hallar çox olub. Biz bunu dəfələrlə vurğulamışıq. İstər ABŞ-ın, istərsə də Avropa İttifaqının yetərli diplomatik, hərbi, iqtisadi və maliyyə dəstəyi göstərməməsi vəziyyətin bu qədər dərinləşməsinə səbəb olub. İnfrastruktur dağılıbmı? Bəli, dağılıb.

Amma Ukrayna bu gün ən yaxşısını edə bilər. Rusiyanın əlçatmaz hesab edilən 1.200-1.500 kilometr dərinliyinə zərbələr endirə bilir. Bütün bunlar son üç ildə görülən işlərin nəticəsidir.”

Seçilən
3
50
news365.az

10Mənbələr