AZ

Şimal bölgəsində hava bu gecə də qarlı-şaxtalı keçib - FOTO

Şimal bölgəsində hava bu gecə də qarlı-şaxtalı keçib.

Quba Revional Şimal-Şərq Hidrometereologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, bölgədə ən çox qar 22 sm olmaqla Xızı rayonunun Altıağac qəsəbəsində müşahidə edilib.

Burada 10 dərəcə şaxta qeydə alınıb.

Qubanın ən soyuq kəndi Qrızda isə 16 dərəcə mənfi temperatur  olub,  qarın hündürlüyü 16 sm-ə çatıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
94
8
bizim.media

10Mənbələr