Quba və Qusar şəhərlərinə bu gün səhərdən yenidən qar yağmağa başlayıb.
Şimal-Şərq Quba Regional Hidrometerologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, bölgədə qarlı-şaxtalı hava davam edir.
Qrız kəndində 22 sm qar olmaqla -15 dərəcə şaxta var.
Qeyri-sabit havanın həftə sonunadək davam edəcəyi deyilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu