Türkiyənin Konya daxil olmaqla 4 vilayətində FETÖ-nün "gizli hərbi strukturuna" yönəlmiş geniş-miqyaslı əməliyyat keçirilib.Konya Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində təşkilatın gizli hərbi strukturunda iştirak etdiyi müəyyən edilən 8 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, Konya, İstanbul, Kırklareli və Kayseridə eyni vaxtda həyata keçirilən əməliyyatlar zamanı 7 şübhəli saxlanılıb.
Hazırda şübhəlilərin İl Təhlükəsizlik Müdirliyində dindirilməsi davam etdirilir. Ünvanında tapılmayan digər şübhəlinin tutulması üçün əməliyyatların davam etdiyi bildirilib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Fidan
Milli.Az