AZ

ABŞ Ukraynaya hərbi yardımı dayandırıb? -

Ukrayna ABŞ ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır. Metbuat.az xəbər verir ki, Ukraynanın baş naziri Denis Şmiqal belə açıqlama verib. O, Kiyevdə keçirdiyi mətbuat konfransında ABŞ-nin Ukraynaya silah yardımını dayandırması ilə bağlı xəbərlərə reaksiya verib. O bildirib ki, Ukrayna Müdafiə Nazirliyi hələlik belə bir məlumat paylaşmayıb. Şmiqal qeyd edib ki, silah yardımı davam edir və davam edəcək. ABŞ-nin dəstəyinin Ukrayna üçün əhəmiyyətli olduğunu vurğulayan Şmiqal bu dəstəyi saxlamaq üçün Vaşinqtonla işləməyə davam edəcəklərini bildirib.

Şmiqal ABŞ-nin Ukraynaya yardım etməyəcəyi təqdirdə xüsusilə “Patriot” raketlərinə görə hava hücumundan müdafiə sistemi ilə bağlı problemlər yaşaya biləcəklərini ifadə edib. O, Ukraynanın nadir torpaq elementləri ilə bağlı ABŞ ilə əməkdaşlıq müqaviləsi imzalamağa hazır olduğunu bildirib.

Seçilən
25
26
metbuat.az

10Mənbələr