AZ

Bu ölkə Ukraynaya hərbi yardımı 3 qat artırır

Norveç artıq Ukraynaya hərbi yardımın üçqat artırılması ilə bağlı qərarın icrasına başlayıb. Yardım əsasən artilleriya sursatları, PUA və Ukraynanın müdafiə sənayesinə investisiyalar şəklində göstəriləcək.


News365.az xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe Osloda Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.


"Bu qərar parlament tərəfindən yekdilliklə təsdiqlənib və indi qanuni qüvvəyə minir. Ukrayna bizim dəstəyimizə arxalana bilər", – baş nazir bildirib.

Seçilən
8
2
news365.az

10Mənbələr