AZ

ABŞ Ukraynadan bunu tələb edir

ABŞ prezidenti Donald Trampın administrasiyası Kiyevdən Ukrayna ilə mineral ehtiyatların birgə işlənməsinə dair sazişin imzalanmasının şərti kimi tezliklə atəşkəslə razılaşmağı tələb edib.

Modern.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Vaşinqton Ukrayna prezidenti Vladimir Zelenskidən “atəşkəs və Moskva ilə danışıqlara aparan real yola razılaşmağı” tələb edib.

Məlumata görə, Ukraynanın sülh danışıqlarından imtina etməsi sazişin hələ də imzalanmamasının yeganə səbəbidir. Fevralın 28-də bu məsələ ilə bağlı Ağ Evdə Zelenski ilə Donald Tramp arasında keçirilən görüş liderlər arasında hərbi əməliyyatların necə dayandırılacağı ilə müzakirə bağlı münaqişə səbəbindən erkən başa çatıb.

Seçilən
199
50
modern.az

10Mənbələr