AZ

Kiyev indi də ABŞ tanklarını təmir edə bilmir - "Business Insider"

ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmaqla bağlı qərarı Amerika hərbi texnikalarının təmirinin də dayandırılması ilə nəticələnib. Bu barədə "Business Insider" yazıb.

“Ukraynaya hərbi yardım axınının dayandırılması qərarı Kiyevin “Abrams” tankları və Amerika istehsalı olan digər döyüş maşınları arsenalına ciddi zərbə ola bilər”, - məqalədə qeyd edilib.

Müəllif onu da vurğulayıb ki, Ukrayna özü tankları işlək vəziyyətdə saxlaya və ya zədələnmiş tankları təmir edə bilməz.

Xatırladaq ki, bir müddət öncə Vaşinqtona gedən Vladimir Zelenski ilə Tramp arasında siyasi qalmaqal yaşanmışdı. Bundan sonra Ağ Ev rəhbəri Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzaladı. Ağ Ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
198
50
news365.az

10Mənbələr