"Biz ədalətsizliyi, terroru pisləyirik. Gərgin atmosferi tez bir zamanda geridə qoymaq üçün Suriya səlahiyyətlilərinə də lazımi təkliflər veririk. Suriya Prezidenti Əhməd əş-Şaara revanşizmə qapılmadan inklüziv siyasət aparır. Ümid edirik ki, Suriya tezliklə arzuladığı daimi sülh və əmin-amanlığa qovuşacaq. Suriya məsələsində kimsə bizə dərs verə bilməz", - o bildirib.