AZ

Ərdoğandan sərt sözlər: Bizə bu mövzuda heç kim dərs verə bilməz!

Suriya məsələsində heç kim bizə dərs verə bilməz.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

"Biz ədalətsizliyi, terroru pisləyirik. Gərgin atmosferi tez bir zamanda geridə qoymaq üçün Suriya səlahiyyətlilərinə də lazımi təkliflər veririk. Suriya Prezidenti Əhməd əş-Şaara revanşizmə qapılmadan inklüziv siyasət aparır. Ümid edirik ki, Suriya tezliklə arzuladığı daimi sülh və əmin-amanlığa qovuşacaq", - Ərdoğan qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, İslam coğrafiyasının qeyri-sabitliyindən qidalanan güc qrupları boş oturmur, gərginlik və xaos yaratmağa çalışırlar.

Seçilən
93
12
publika.az

10Mənbələr