Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Vest Hem” doğma meydanda “Nyukasl” ilə qarşılaşıb. Oyun qonaq komandanın çətin qələbəsiylə yekunlaşıb.
Beləliklə, cari mövsümün geridə qalmış 28 turundan sonra 70 xala malik “Liverpul” vahid liderdir. “Arsenal” 55 xalla ikinci, “Nottingem Forest” 51 xalla üçüncü, “Çelsi” 49 xalla dördüncü, “Mançester Siti” 47 xalla beşinci, eyni xala malik “Nyukasl” isə altıncı pillədə qərarlaşıb. “Brayton” 46, “Aston Villa” 45, “Bornmut” 44, “Fulhem” 42, “Kristal Pelas” 39, “Brentford” 38, “Tottenhem” və “Mançester Yunayted” 34, “Everton” və “Vest Hem” 33 xal toplayıblar.
İngiltərə, Premyer Liqa
28-ci tur
8 mart
Nottingem Forest – Mançester Siti 1:0
Qol: Hadson-Odoi, 83.
Brayton – Fulhem 2:1
Qol: Van Hekke, 41. Joao Pedro, 90+8-pen – R.Ximenes, 35.
Kristal Pelas – İpsviç Taun 1:0
Qol: Sarr, 82.
Liverpul – Sauthempton 3:1
Qollar: D.Nunyes, 51. Salah, 55-pen; 88-pen – Smollbon, 45+1.
Brentford – Aston Villa 0:1
Qol: O.Uotkins, 48.
Vulverhempton – Everon 1:1
Qollar: Munetsi, 40 – Harrison, 33.
9 mart
Çelsi – Lester Siti 1:0
Qol: Kukurelya, 60.
Tottenhem – Bornmut 2:2
Qollar: Sarr, 67. Son, 84-pen – Tavernye, 42. Evanilson, 65.
Mançester Yunayted – Arsenal 1:1
Qollar: B.Fernandes, 45+2 – Rays, 74.
10 mart
Vest Hem – Nyukasl 0:1
Qol: B.Gimarayns, 63.