AZ

Premyer Liqa: “Liverpul” tək, MS 2 qolla qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Sauthempton” – “Kristal Pelas” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Bornmut” doğma meydanda “İpsviç Taun”a uduzub. “Brayton” da “Aston Villa” ilə ev oyununda 3 cavabsız qola üzülüb. “Nyukasl” – “Brentford” matçında da qapılara 3 qol vurulub. Amma yekunda qələbəni meydan sahibləri bayram ediblər.

Son çempion “Mançester Siti” “Lester Siti” ilə ev oynunundan inamlı qələbə ilə ayrılıb. Lider “Liverpul” isə bu dəfə “Everton”la ev oyunundan qalib ayrılmaqla zirvədəki mövqeyini daha da möhkəmləndirib.

30-cu tura sabah keçiriləcək “Çelsi” – “Tottenhem” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
30-cu tur
1 aprel

Arsenal – Fulhem 2:1
Qollar: Merino, 37. Saka, 73 – R.Munis, 90+4.

Vulverhempton – Vest Hem 1:0
Qol: Larsen, 21.

Nottingem Forest – Mançester Yunayted 1:0
Qol: Elanqa, 5.

2 aprel

Bornmut – İpsviç Taun 1:2
Qollar: Evanilson, 67 – Brodhed, 34. Delap, 60.

Brayton – Aston Villa 0:3
Qollar: Raşford, 51. Asensio, 78. Malen, 90+10.

Mançester Siti – Lester Siti 2:0
Qollar: Qriliş, 2. Marmuş, 29.

Nyukasl – Brentford 2:1
Qollar: İsak, 45+2. Tonali, 74 – Mbeumo, 66-pen.

Sauthempton – Kristal Pelas 1:1
Qollar: Onuaçu, 20 – Mateus Franka, 90+2.

Liverpul – Everton 1:0
Qol: Dioqo Jota, 57.

3 aprel

23:00. Çelsi – Tottenhem

Seçilən
205
1
arena.az

10Mənbələr