AZ

Şamaxıda yol qəzası olub, 2 nəfər ölüb

Şamaxı, 13 mart, AZƏRTAC

Bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun Şamaxı rayonunun Meysəri kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Seçilən
136
8
azertag.az

10Mənbələr