Cəlilabad, 27 mart, AZƏRTAC
Cəlilabad rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində sürücü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin Gülsüm Abdullayeva həlak olub.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.