AZ

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalara başlayıb

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır.

Ölkə.az-ın məlumatına görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb.

Hesablama Palatasından da “APA-Economics”in sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Seçilən
72
50
olke.az

10Mənbələr