Azarbaycan Respublikasının Hesablama Palatası 2024-cü ildəki fəaliyyəti haqqında hesabat hazırlayır.
Bu barədə Modern.az-ın sorğusuna Hesablama Palatasının İctimiayyətlə əlaqələr şöbəsindən verilən cavabda bildirilib.
Məlumata görə, hesabatın Milli Məclisin yaz sessiyasında müzakirə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının növbəti iclası aprelin 1-də keçiriləcək. Həmin iclasın gündəliyinə 15 məsələ daxildir.
Hesablama Palatasının hazırladığı sənədin sonrakı iclaslarda müzakirəyə çıxarılacağı gözlənilir.