AZ

Zaqatalada motosikletlə "QAZ-31"lə toqquşdu

Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


News365.az-ın məlumatına görə, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, "QAZ-3110" və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.


Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
18
news365.az

10Mənbələr