AZ

Zaqatalada motosiklet avtomobillə TOQQUŞDU: Ölən var

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, QAZ-3110 və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Seçilən
8
18
oxu.az

10Mənbələr