AZ

Proses bitdi: Əliyev misli görünməmiş qələbə qazandı – Norikyan

"Əziz erməni xalqı, Nikol Paşinyanı, Robert Köçəryanı, Serj Sərkisyanı qınayıb-qınamamağınızdan asılı olmayaraq, Azərbaycanla mübarizədə biabırçı məğlubiyyətlə üzləşdiyimiz göz qabağındadır".

Olaylar.az xəbər verir ki, bunu "Ədalətli Ermənistan" Partiyasının sədri Norik Norikyan yazıb.

O qeyd edib ki, rəsmi Bakı Ermənistanla münaqişədən misli görünməmiş qələbə ilə çıxdı:

"Bu da ona yaxın illərdə regionda gündəm təyin edən ölkə kimi çıxış etməyə imkan verəcək. Ermənistan-Azərbaycan münaqişəsinin bu mərhələsi "Hər şey Azərbaycana, heç nə Ermənistana" formulu ilə başa çatdı".

Norikyan iddia edib ki, Azərbaycan tezliklə anklavların (Sofulu, Yuxarı Əskipara, Bərxudarlı və Kərki) ardınca gələcək.

Qeyd edək ki, sözügedən kəndlər hələ də işğal altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
99
45
olaylar.az

10Mənbələr