AZ

Paşinyanı "ölü" ilə şirnikləndirirlər

Bakı. Trend:

İkinci Qarabağ müharibəsindən və Azərbaycanın Qarabağ üzərindətam suverenliyini bərpa etməsindən sonra beynəlxalq gündəmin CənubiQafqaza münasibətdə köklü şəkildə dəyişəcəyi gözlənilirdi.Reallıqlar artıq dəyişib: münaqişə başa çatıb, separatizmdarmadağın edilib, regionun hüquqi mənsubiyyəti həm faktiki, həm dəhüquqi baxımdan yenidən təsdiqlənib. Di gəl, postmünaqişə dövründəsülh məntiqinə zidd olaraq son aylarda bir sıra Qərbi Avropaölkələrinin parlamentlərində "Qarabağ mövzusu" ətrafında fəallığınartdığı müşahidə olunur. İsveçrə, Belçika və Fransaparlamentlərində qəbul edilən qətnamələr, keçirilən dinləmələr vətəklif olunan "beynəlxalq konfrans" layihələri, formal baxımdandiplomatik canlanma təəssüratı yaratsa da, əslində bu təşəbbüslərinCənubi Qafqazın real siyasi gündəminə təsiri olduqca məhduddur.

İlkin baxışda bu cür fəaliyyətlər ermənilərlə onların Qərbdəki"hami"ləri tərəfindən humanitar narahatlığın və ya regionalsabitliyə töhfə vermək istəyinin təzahürü kimi təqdim olunabilər.

Fəqət daha dərindən təhlil edildikdə aydın olur ki, “insanhüquqlarına qayğı”, “sülh dialoqu” və “beynəlxalq vasitəçiliyinzəruriliyi” kimi şüarlar arxasında əslində tam çirkin siyasiməqsədlər, konkret maraqlar və birtərəfli yanaşmalar gizlənir. Butəşəbbüslər nə sülhə xidmət edir, nə də regionda sabitliyinmöhkəmlənməsinə real töhfə verir. Əksinə, Azərbaycanınsuverenliyinə kölgə salmağa, onun öz ərazisində qanuniidarəçiliyini şübhə altına almağa yönəlir. Daha da təhlükəlisi odurki, bu cür fəaliyyətlər “başa çatmamış münaqişə” mifini sünişəkildə canlı saxlamaqla Ermənistan cəmiyyətində revanşist ovqatıqızışdırır və həm Azərbaycan-Ermənistan, həm də Ermənistan-Türkiyəmünasibətlərinin normallaşmasına əngəl törədir.

Proseslərin həyata keçirildiyi geosiyasi kontekst də diqqətdənyayınmamalıdır. Məsələ təkcə bəzi ölkələrin Ermənistana mənəvi vəsiyasi dəstəyi ilə məhdudlaşmır. Eyni zamanda, bu dövlətlərvasitəsilə Qərb, Cənubi Qafqazda faktiki olaraq itirdiyi təsiralətlərini və regiona təzyiq göstərmək imkanlarını qoruyubsaxlamağa çalışır. Avropa parlamentlərində Qarabağ mövzusunungündəmdə saxlanması - sabitlik üçün qayğı deyil, diplomatik maskaarxasında gizlənmiş, əsas məqsədi yekun sülhü uzatmaq, Azərbaycanqarşısında birtərəfli şərtlər irəli sürmək və iflas etmiş ATƏT-inMinsk Qrupunu yenidən dirçəltmək olan siyasi səhnələşdirmədir.

Bu mənzərə fonunda Avropada Qarabağla bağlı artan "parlamentfəallığı"na konstruktiv beynəlxalq narahatlıq kimi deyil, əksinə,açıq-aşkar siyasi kampaniya, daha dəqiq desək, insan hüquqları vəsülh təşəbbüsləri şüarları ilə bəzədilmiş geosiyasi müdaxilə cəhdikimi baxmaq lazımdır.

Məqsəd bəllidir - Qarabağı Azərbaycanın daxilində olmayanmüstəqil problem kimi saxlamaq və bu vasitə ilə rəsmi Bakıya təzyiqgöstərmək imkanlarını qoruyub saxlamaq. Bu, tarixin gedişatınıdayandırmaq, baş vermiş geridönməz prosesləri ləngitmək və regionaartıq aktuallığını itirmiş, məğlub olmuş siyasi xətti zorla sırımaqcəhdidir.

Məhz bu kontekstdə İsveçrə, Belçika və Fransanın konkretnümunələri bizə təkcə bu parlament təşəbbüslərinin arxasındadayanan motivləri təhlil etmək imkanı vermir, həm də beynəlxalqhüquq və institutlar üzərində aparılan manipulyasiyalarınmexanizmini - istər geosiyasi maraqlar naminə, istərsə də daxilisiyasi ambisiyalar uğrunda - üzə çıxarır.

2025-ci il martın 18-də İsveçrə parlamentinin yuxarı palatasıolan Kantonlar Şurası 24.4259 saylı qətnaməni təsdiqlədi. Sənədəgörə, Qarabağla bağlı beynəlxalq konfransın keçirilməsi nəzərdətutulur. Formal olaraq məqsəd güya "Azərbaycanla erməni icmasınınnümayəndələri arasında dialoq platformasının yaradılması vəermənilərin bölgəyə qayıdış məsələlərinin müzakirəsi"dir. Halbuki2024-cü ilin payızında bu təşəbbüsün analoqu artıq parlamentinaşağı palatası tərəfindən təsdiqlənmişdi.

Qeyd etmək lazımdır ki, sözügedən təşəbbüsün fonunda “küçədiplomatiyası” da aktivləşib - 2025-ci il martın 13-də İsveçrəninErmənistandakı səfirliyi qarşısında erməni diasporasının təşkiletdiyi aksiya baş tutdu. Aksiya iştirakçıları parlamentin aşağıpalatasına təşəkkür etdilər və yuxarı palatanı da eyni addımıatmağa çağırdılar. Onlar İsveçrə hakimiyyətindən konfrans keçirmək,üstəlik, Azərbaycan tərəfindən saxlanılan separatçılara azadlıqtələb etmək kimi, sülhdən tam uzaq, birtərəfli və təxribatxarakterli çağırışlar səsləndirdilər. Lakin burada söhbət heç dəbarışdan getmir- əksinə, məqsəd 2020-ci ildə Azərbaycan tərəfindənqazanılmış tarixi Qələbənin nəticələrini təftiş etmək və reallığıdəyişmək cəhdidir.

Neytrallığını önə çəkən İsveçrə əslində humanitar ritorikafonunda Azərbaycan əleyhinə təşəbbüslərin tərəfdarına çevrilib.Beynəlxalq hüquqla artıq həll olunmuş bir məsələnin yenidənmüzakirə obyektinə çevrilməsi, açıq şəkildə postmünaqişətənzimlənməsinə siyasi müdaxilədir və regionda sabitliyə xidmətetmir.

Aprelin 2-də Belçika parlamentində Qarabağla bağlı yeni qətnaməlayihəsinin dinləməsi nəzərdə tutulub. Layihədə Azərbaycan üzərinətəzyiq göstərmək çağırışları yer alıb. Layihənin müəlliflərindənbiri olan və Ermənistanla dostluq qrupuna rəhbərlik edən deputatEls Van Huf mətbuata verdiyi açıqlamada, Avropanın Azərbaycanlabağlı “səsini yüksəltməli” və “təzyiqi artırmalı” olduğunubildirib. Onun fikrincə, Avropa prosesə müdaxilə etməlidir -halbuki bu, nə onun mandatına daxildir, nə də obyektiv sülhə xidmətedir.

Əslində, bu, ilk cəhd deyil. 2020-ci ilin dekabrında Belçikaparlamentinin aşağı palatasında da oxşar qətnamə layihəsi müzakirəolunmuşdu. Layihədə hətta qarabağlı ermənilərin artıq sabiqterrorçu xuntasının tanınması və onunla diplomatik əlaqələrinqurulması təklif olunmuşdu. Fəqət nəticədə bu fikirlər rədd edildivə Belçika parlamenti rəsmi olaraq Qarabağın Azərbaycanın ayrılmazhissəsi olduğunu təsdiqlədi. Bu, o deməkdir ki, hətta diasporatəzyiqi fonunda belə, hüququn və beynəlxalq reallığın üstünlüyüqorunur. Ancaq bu, həmin dairələrin cəhdlərindən əl çəkdiyianlamına gəlmir. Onlar yenə də "Qarabağ məsələsi"ni parlamentmüzakirələrinə qaytarmaqla, guya beynəlxalq dəstək görüntüsüyaradır və Ermənistanın mövqeyini süni şəkildə möhkəmləndirməyəçalışırlar - reallıqdan və hüquqdan tamamilə uzaq şəkildə.

Fransa Senatı 2020 və 2022-ci illərdə iki dəfə Ermənistanıdəstəkləyən və Azərbaycanın fəaliyyətlərini qınayan qətnamələrqəbul edib. Bu sənədlərdən birində hətta qondarma “Dağlıq QarabağRespublikasının” tanınması çağırışı da yer alırdı. Parlamentdəgeniş dəstəyə baxmayaraq, Fransa hökuməti bu təşəbbüslərdən açıqşəkildə məsafə saxladı və bəyan etdi ki, o, qarabağlı ermənilərinxuntasının "müstəqilliyi"ni tanımır və beynəlxalq hüququnprinsiplərinə sadiq qalır.

Lakin bu qətnamələrin qəbul edilməsi faktının özü belə birreallığı ortaya qoyur: Avropanın bir sıra ölkələrində ermənidiasporasının daxili siyasi proseslərə təsiri mövcuddur. Fransadiplomatiyası isə, rəsmi mövqeyi ilə parlamentin fəallığı arasındabalans yaratmağa çalışaraq, əslində ziddiyyətli siqnallar göndərirvə Cənubi Qafqazda spekulyasiyalar üçün münbit zəmin yaradır.

Azərbaycan tam əsasla qeyd edir ki, istər İsveçrə, istərBelçika, istərsə də Fransa parlamentləri tərəfindən qəbul edilən buqətnamələr nə xoşniyyətli jest, nə də sülhə yönəlmiş təşəbbüsdür.Bu sənədlər, özündə guya “humanitar narahatlıq” və “dialoqçağırışları” ilə bəzənsə də, mahiyyətcə birbaşa siyasi təzyiqvasitələridir və onların arxasında tamamilə birtərəfli, siyasibaxımdan motivasiyalı məqsədlər dayanır. Belə sənədlər nəpostmünaqişə dövrü nizamlanmasına töhfə verir, nə də regiondasabitliyə xidmət edir. Əksinə, 2020-ci ildən sonra formalaşmış,beynəlxalq hüquqla və hərbi-siyasi reallıqla təsdiqlənmiş balansıpozmağa, münaqişənin nəticələrini sual altına almağa yönəlmiş açıqçağırışlardır.

Xüsusilə təhlükəli meyil isə, bu proseslərdə beynəlxalqformatların - istər “sülh konfransları”, istər “humanitarmissiyalar”, istərsə də üçüncü ölkə parlamentlərində keçiriləndebatlar formasında - birbaşa Bakı-İrəvan dialoqunu əvəz etməyəçalışmasıdır. Bu təşəbbüslərin arxasında nə sülhə həqiqi maraq, nədə obyektiv vasitəçilik niyyəti dayanır. Əksinə, burada söhbəterməni diasporalarının Qərb siyasi elitası üzərində onilliklərdirformalaşmış təsirindən gedir. Bu təsir vasitəsilə ayrı-ayrıölkələrin xarici siyasəti manipulyasiya olunur və regiona qarşıyönəlmiş birtərəfli, ədalətsiz yanaşmalar reallaşdırılır.

"Qarabağ məsələsi"ni yenidən Ermənistan–Türkiyə normallaşmasıilə əlaqələndirmək cəhdləri isə ümumiyyətlə, sülh prosesininməqsədli şəkildə əngəllənməsidir. Bu, sadəcə diplomatik oyun deyil,eyni zamanda strateji diversiyadır - regionda logistikanın vəkommunikasiyaların bərpası üçün yaranmış tarixi fürsətləri məhvetməyə yönəlmiş sabotajdır. Əgər Zəngəzur dəhlizi, dəmir yolları vəavtomobil yolları açılarsa, bu təkcə Azərbaycan və Ermənistan üçündeyil, bütövlükdə Cənubi Qafqaz üçün iqtisadi və geosiyasitransformasiyaya səbəb olacaq. Bu baxımdan, həmin təşəbbüslərinəngəllənməsi yalnız bir ölkəyə deyil, bütün regiona zərbədir.

Xüsusi narahatlıq doğuran məqam isə ATƏT-in Minsk Qrupu ləğvedilməmişdən öncə, Ermənistan tərəfindən beynəlxalq konfranskeçirilməsi və ya referendum təşkilinə çağırışlardır.

Minsk Qrupunun fəaliyyətinin hüquqi baxımdan tam dayandırılmasıüçün həm Azərbaycan, həm də Ermənistanın birgə müraciəti və ardıncaATƏT-ə üzv ölkələrin səsverməsi tələb olunur. Maraqlıdır ki, bu üzvölkələrin sırasında – həmin qətnamələri qəbul edən, separatizmin“reabilitasiyası” istiqamətində çalışan dövlətlər də var. Bu isəaçıq-aşkar maraqlar toqquşmasıdır.

Burada haqlı bir sual doğur: əgər bu dövlətlərin parlamentləriaçıq şəkildə ermənipərəst mövqe nümayiş etdirirsə, İsveçrə, Belçikavə Fransa kimi ölkələrin Minsk Qrupunun ləğvi üçün obyektiv səsverəcəyinə hansı əsasla inanmaq olar? Bu ölkələr sabah hər hansıformal texniki bəhanə ilə bu prosesi ləngidə bilər. Və əgər bubelədirsə, o zaman bu ölkələrin əsas məqsədi sülhə dəstək verməkdeyil, əksinə, Minsk Qrupunun statusunu qoruyub saxlayaraq, Qarabağməsələsini region üzərində daimi təzyiq vasitəsinə çevirməkdir.

Başqa sözlə desək, məqsəd sülh yaratmaq deyil, normallaşmanıuzatmaq, prosesləri sonsuzluğa sürükləmək və Qarabağ məsələsiniAzərbaycan üzərində geosiyasi manevr aləti kimi saxlamaqdır. Bu, nəbeynəlxalq hüquqa, nə də ədalətə uyğun gəlmir. Əksinə, bu, regionungələcəyini zəhərləyən, süni şəkildə sabitsizlik yaradan və yeniqarşıdurmalar üçün zəmin hazırlayan təhlükəli siyasimanipulyasiyadır.

... Ermənistan bu gün öz illüziyalarının yaratdığı tələdədir.Bir tərəfdən Ermənistan hakimiyyəti sülhə maraqlı olduğunu, sülhsazişi imzalamağa hazır olduğunu bəyan edir. Digər tərəfdən isə,konkret addımlar atmaqdan çəkinir, qəti siyasi iradə nümayişetdirməyə cəsarət etmir. Ermənistan Konstitusiyasında bu gün dəbirbaşa və ya dolayı formada Qarabağa ərazi iddialarını ehtiva edənmüddəalar mövcuddur. Bu müddəaların dəyişdirilməsi – yəni əsasqanunun referendum yolu ilə yenilənməsi – hər hansı ciddi vəəhatəli sülh sazişinin imzalanması üçün zəruri şərtdir. Lakin bununüçün təkcə siyasi iradə deyil, eyni zamanda cəmiyyət üçüninandırıcı arqumentlər də lazımdır.

Məhz bu səbəbdən Azərbaycanla diplomatik münasibətlərinqurulması və Türkiyə ilə sərhədlərin açılması məsələsi kritikəhəmiyyət daşıyır. Əgər bu proseslər referendumdan əvvəlbaşlasa, Ermənistan hakimiyyətinin cəmiyyət qarşısında ortayaqoyacağı real arqumentlər yaranır: yeni iqtisadi mühit, əhali üçünkonkret faydalar, nəqliyyat dəhlizlərinin açılması, sərmayələrinaxını və regional inteqrasiya imkanları. Bu arqumentlər siyasi vəsosial cəhətdən “satıla bilən” arqumentlərdir. Lakin əgərreferendum diplomatik normallaşma baş vermədən keçirilərsə, o zamanErmənistan hakimiyyətinin seçicilərə təklif edə biləcəyi heç nəqalmır. Belə olan halda istənilən səsvermə ya fars xarakteridaşıyacaq, ya da uğursuzluqla nəticələnəcək.

Deməli, sual sərt və açıq şəkildə qoyulmalıdır: referendumideyasını cəmiyyətə izah etmək və qəbul etdirmək daha asandır –Azərbaycanla diplomatik münasibətlər qurulduqdan və Türkiyə iləsərhəd açıldıqdan sonra, yoxsa əvvəl? Cavab tam aydındır.

Baş verənlər fonunda Ermənistan diplomatiyası hələ də Qərbindəstəyinə ümid bəsləyir. Lakin anlamır ki, bu “dəstək” sadəcəhüquqi qüvvəyə malik olmayan, tövsiyə xarakterli qətnamələrdənibarətdir. Bu sənədlərin heç biri nə yerində formalaşmış gücbalansını dəyişməyə qadirdir, nə də Azərbaycanın, Türkiyənin və yaRusiyanın mövqeyinə təsir etmək imkanına malikdir.

Daha önəmlisi isə budur ki, Ermənistan artıq anlamalıdır: QərbCənubi Qafqaza görə real məsuliyyət daşımaq niyyətində deyil. Heçkim bu regiona ordu göndərmək, Bakı ilə toqquşma riskini daşımaq,separatizmin dirçəldilməsi uğrunda savaşmaq istəmir. Bütün “dəstək”bəyanatlardan, diplomatik ritorikadan və ən yaxşı halda – məzmunsuzqətnamələrdən ibarət olacaq. Belə bir reallıqda Qərbə ümid bağlamaqsiyasət deyil – bu, siyasi korluqdur.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, hərtərəfli və davamlı sülhsazişi yalnız konkret və prinsipial şərtlər yerinə yetirildikdənsonra mümkündür. Bu şərtlərə yalnız Azərbaycanın ərazi bütövlüyününformal şəkildə tanınması deyil, həm də onilliklər ərzindəformalaşdırılmış “müstəqil Arcax” mifini dəstəkləyən ideolojikonstruksiyanın tamamilə sökülməsi daxildir.

"Qarabağ məsələsi"nin ATƏT, AŞPA və ya Qərb ölkələrinin milliparlamentləri kimi beynəlxalq platformalarda süni şəkildə gündəmdəsaxlanılması artıq təkcə faydasız deyil – zərərli və təhlükəlidir.Bu cəhdlər Ermənistanda revanşist meyilləri stimullaşdırır, xalqdayanlış ümidlər formalaşdırır və real sülhə aparan yolubloklayır.

Azərbaycan 2020-ci ildə əldə etdiyi tarixi Qələbəninnəticələrinin təhrif edilməsinə heç bir halda imkan verməyəcək.Bakı diplomatik, iqtisadi və geosiyasi baxımdan kifayət qədər güclüalətlərə malikdir ki, bu cür müdaxilə cəhdlərinin qarşısını alsın.Regional layihələrin reallaşdırılması - o cümlədən Zəngəzurdəhlizinin açılması, kommunikasiya xətlərinin və nəqliyyatyollarının bərpası - yalnız Ermənistanın illüziyalarını bir kənaraqoyub konstruktiv gündəmə tam şəkildə qoşulacağı təqdirdə mümkünolacaq.

Nəticə birmənalıdır: artıq heç bir “format”, “konfrans”, ya da“vasitəçi dialoqu”na ehtiyac yoxdur.

Reallıq yeganədir - Azərbaycanın beynəlxalq hüquqla tanınmışsuverenliyi. Bu suverenlik nə müzakirə olunmalı, nə də şərtlərləqəbul edilməlidir. O, sadəcə yerinə yetirilməlidir.

Seçilən
54
3
az.trend.az

10Mənbələr