Bakı. Trend:
Bu ilin ilk iki ayında Azərbaycan xaricə 28,4 min ton neft koksuixrac edib.
Trend DövlətGömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsulixracından əldə olunan gəlir 8,1 milyon ABŞ dolları olub.
Neft koksu ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdarifadəsi ilə 18,3 min ton, yaxud da 39,1% azalıb, dəyər ifadəsi ilə4,5 milyon ABŞ dolları və ya 2,3 dəfə artıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycandan xaricə 46,7min ton miqdarında, 3,6 milyon ABŞ dolları dəyərində neft koksuixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarətdövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötənilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2%çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.
Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyarddolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiqolaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%)çoxdur.
Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki,bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfəazdır.