Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 111 min tonneft məhsulları (xam məhsullardan başqa, bitumlu süxurlardanalınmış neft və neft məhsulları; tərkibində neft və ya neftməhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar)satılıb.
Trend-inDövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdardaməhsulun ixracından əldə olunan gəlir 49,6 milyon ABŞ dollarıolub.
Neft məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 51 min ton və ya 84,2%, dəyər ifadəsi ilə 14,1milyon ABŞ dolları artıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan xaricə 60 min tonmiqdarında, 35,5 milyon ABŞ dolları dəyərində neft məhsullarısatılıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarətdövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötənilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2%çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.
Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyarddolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiqolaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%)çoxdur.
Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki,bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfəazdır.