AZ

Abdulla Zubir – 300

Abdulla Zubir “Qarabağ”da 300-cü oyununu keçirib.

"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVII turuna təsadüf edib. O, “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legioner Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.

Zubir 2018/19 mövsümündən “Qarabağ”da forma geyir. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib. Zubir 7 il ərzində 179 çempionat (46 qol), 23 kubok (5 qol) və 98 avrokubok (15 qol) qarşılaşmasında iştirak edib.

Seçilən
117
20
football-plus.az

10Mənbələr