AZ

Abdullah Zubir 300-ə çatdı

Premyer Liqanın 2024/25 mövsümünün 27-ci turunun “Kəpəz”lə səfər oyunu “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, fransalı futbolçu “Qarabağ”da 300-cü oyununu keçirib.

O, “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legioner Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.

Xatırladaq ki, Abdullah Zubir 2018/2019-cu illər mövsümündən “Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də UEFA Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib. Abdullah 7 il ərzində 179 (46 qol) çempionat, 23 (5 qol) kubok və 98 (15 qol) avrokubok qarşılaşmasında iştirak edib.

Seçilən
67
20
arena.az

10Mənbələr