AZ

Dibala Braziliyaya qarşı oynamayacaq

style='margin-bottom:10px;'>

"Roma"nın futbolçusu Paulo Dibala zədələnib.

QOL.az "romapress"ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu A seriyasının 29-cu turunda "Kalyari" (1:0) ilə oyunda dizindən zədə alıb.

64-cü dəqiqədə meydana daxil olan futbolçu cəmi 11 dəqiqə sonra əvəzlənib. Dibalanın təxminən 1 ay meydana çıxa bilməyəcəyi açıqlanıb. O, Argentina millisinin DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya ilə oyunlarda iştirak edə bilməyəcək.

Seçilən
72
2
teleqraf.com

5Mənbələr