AZ

Dibala Braziliyaya qarşı OYNAMAYACAQ

"Roma"nın futbolçusu Paulo Dibala zədələnib.

Bizim.Media "romapress"ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu A seriyasının 29-cu turunda "Kalyari" (1:0) ilə oyunda dizindən zədə alıb.

64-cü dəqiqədə meydana daxil olan futbolçu cəmi 11 dəqiqə sonra əvəzlənib. Dibalanın təxminən 1 ay meydana çıxa bilməyəcəyi açıqlanıb. O, Argentina millisinin DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya ilə oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Argentina millisi Uruqvaylamartın 22-də, Braziliya ilə isə martın 26-da qarşılaşacaq.

Bizim.Media

Seçilən
99
2
bizim.media

5Mənbələr