AZ

BMT Əfqanıstandakı missiyasının mandatını uzatdı

BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) müddətini daha bir il uzadıb.   Manset.az Repor-a istinadən xəbər verir ki, Əfqanıstanla bağlı keçirilən iclasda səsverməyə çıxarılan qətnamə layihəsi yekdilliklə qəbul edilib.
 Qətnamədə UNAMA-nın səlahiyyətlərində heç bir dəyişiklik edilmədən missiyanın müddətinin 17 mart 2026-cı il tarixinədək uzadıldığı bildirilib.

Qeyd edək ki, UNAMA 2002-ci ildə BMT TŞ-nin 1401 saylı qətnaməsi ilə yaradılıb və hər il müddəti uzadılıb. Mərkəzi qərargahı Kabildə yerləşən UNAMA-nın təxminən 1 200 əməkdaşı var.

Seçilən
25
8
manset.az

9Mənbələr