BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) müddətini daha bir il uzadıb.
Viral.az “Report”a istinadən xəbər verir ki, Əfqanıstanla bağlı keçirilən iclasda səsverməyə çıxarılan qətnamə layihəsi yekdilliklə qəbul edilib.
Qətnamədə UNAMA-nın səlahiyyətlərində heç bir dəyişiklik edilmədən missiyanın müddətinin 17 mart 2026-cı il tarixinədək uzadıldığı bildirilib.
Son Yazılar:
- BMT Əfqanıstandakı missiyasının mandatını uzatdı
- Nazir onu direktor təyin ETDİ
- Faciəvi yanğında ölənlərdən biri də futbolçudur
Qeyd edək ki, UNAMA 2002-ci ildə BMT TŞ-nin 1401 saylı qətnaməsi ilə yaradılıb və hər il müddəti uzadılıb. Mərkəzi qərargahı Kabildə yerləşən UNAMA-nın təxminən 1 200 əməkdaşı var.