AZ

ABŞ-də bir ilk: Pilotlu qırıcı təyyarələri...

ABŞ Hərbi Hava Qüvvələri pilotlu qırıcı təyyarələri pilotsuz təyyarələrlə əvəzlənməsi istiqamətində ilk addımı atıb.

“General Atomics” və “Anduril” şirkətləri tərəfindən Kollaborativ Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılmış “YFQ-42A” və “YFQ-44” qırıcı-dron prototipləri rəsmi olaraq xidmətə qəbul edilib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Techkult” nəşri xəbər yayıb. 

ABŞ Hərbi Hava Qüvvələri bildirib ki, bu, döyüş aviasiyası tarixində pilotsuz təyyarələrin pilotlu qırıcılarla eyni qurulşda olduğu ilk haldır.

Onlar “F-16 Fighting Falcon”-dan təxminən iki dəfə kiçik, təxminən yarısı ölçüsündə olsalar da, müqayisəli xüsusiyyətləri onlara “F-22 Raptor” və “F-35 Lightning II” ilə birgə döyüş tapşırıqlarını yerinə yetirməyə imkan verir.

Hələlik onlardan pilotsuz nəqliyyat vasitələrinin istehsalı üçün lazım olan məlumatları toplamaq üçün uçan laboratoriyalar kimi istifadə ediləcək.

Seçilən
194
1
cebheinfo.az

2Mənbələr